AZ

Avtomobil kanala aşdı, xəsarət alanlar var YENİLƏNİB

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lənkəranda baş verən qəzada xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

Redaktor10:.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü qadın, 3-ü kişi olmaqla xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.

Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Diğər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil qiymətləndirilir. (Apa)

***

Lənkəranda avtomobil suötürücü kanala aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q7" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Sözügedən avtomobil daha sonra suötürücü kanala aşıb. 

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar, 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov,

1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra, müalicələrinin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
4
redaktor.az

10Mənbələr