AZ

Gürcüstanın birinci xanımı Vaşinqtona səfər edib

BAKI, 23 mart. TELEQRAF

Gürcüstanın birinci xanımı Tamar Baqrationi ABŞ-nin birinci xanımı Melaniya Trampın dəvəti ilə Vaşinqtona səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Tamar Baqrationi Melaniya Trampın təşəbbüsü ilə təşkil edilən “Daha Yaxşı Gələcək Naminə Birlikdə” adlı beynəlxalq tədbirdə iştirak edəcək. Sammitin məqsədi uşaqların təhsili, inkişafı və rifahını təşviq etmək üçün qabaqcıl texnologiyaların təhlükəsiz və innovativ istifadəsini təmin etməkdir.

Melaniya Tramp sammit çərçivəsində Ağ Evdə birinci xanımları dairəvi masa formatında qəbul edəcək.

Müzakirələrin məqsədi rəqəmsal dövrdə uşaqların rifahına birinci xanımların dəstəyinin qiymətləndirilməsi və onların öhdəlikləri barədə fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, beynəlxalq sammit 24-25 mart tarixlərində keçiriləcək.

Seçilən
33
teleqraf.com

1Mənbələr