AZ

Suriya hava məkanında uçuş məhdudiyyətinin vaxtını uzadıb

Suriyanın hava məkanında tətbiq olunan uçuş məhdudiyyətləri çərşənbə axşamı gününün sonuna qədər uzadılıb.

bununla bağlı Dəməşq Uçuş Məlumat İdarəsinin yaydığı məlumatda deyilir. 

"Hava məkanında uçuşlar 24 mart çərşənbə axşamı yerli vaxtla saat 21:00-dək məhdudlaşdırılıb. O vaxta qədər yalnız Hələb Beynəlxalq Hava Limanı sərnişin uçuşları üçün açıqdır. Üç uçuş dəhlizi müəyyən edilib ki, bunlardan ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizinə, Nikosiyada hava hərəkəti dispetçerləri tərəfindən nəzarət edilən bölgənin sərhədinə qədər uzanır”, - məlumatda deyilir.

Qeyd edək ki, Suriya hava məkanında məhdudiyyətlər 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar tətbiq edilib.

Seçilən
45
2
anews.az

3Mənbələr