AZ

Lebron Ceyms NBA da ən çox oyun keçirən basketbolçu olub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 mart, AZƏRTAC

"Los-Anceles Leykers" komandasında çıxış edən Lebron Ceyms NBA-da ən çox oyun keçirən basketbolçu olub.

AZƏRTAC xəbər verir ki, 41 yaşlı hücumçu bu uğura "Orlando Mecik"lə matçda imza atıb. Amerikalı basketbolçu bu görüşlə NBA-da 1612-ci oyununa çıxıb və həmyerlisi Robert Perişi geridə qoyub. Kərim Əbdül-Cabbar (1560) reytinqdə üçüncü yerdədir.

Qeyd edək ki, Lebron Ceyms NBA karyerası ərzində "Klivlend Kavalyers" (2003–2010, 2014–2018) və "Mayami Hit" (2010–2014) kimi komandalarda da çıxış edib. O, 2018-ci ildən indiyə qədər "Los-Anceles Leykers"in şərəfini qoruyur. Bu mövsüm amerikalı ulduz orta hesabla 21,3 xal, 5,8 ribaund və 6,9 məhsuldar ötürmə ilə oynayır. Onun komandası hazırda Qərb Konfransında üçüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
26
azertag.az

10Mənbələr