Argentinalı hücumçu Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisində üçqat dünya çempionu Peleni ötüb...
Poliqon Trend-ə istinadən bildirir ki, L.Messi futbol tarixində bu göstəriciyə görə ikinci yerə çıxıb.
Əsas Futbol Liqasının (MLS) müntəzəm mövsümünün "Nyu-York Siti" ilə səfər matçında (3:2) L.Messi karyerasında 71-ci qolunu cərimə zərbəsindən vurub. Rekord göstərici Braziliya milli komandasının sabiq futbolçusu Juninyo Pernambukanoya məxsusdur, onun aktivində bu cür vurulmuş 77 qol var.
Poliqon.info