AZ

Almaniyada oynayan futbolçu Azərbaycan millisinə qoşula bilməyib

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın "Berliner" klubunun üzvü Zeyd Nəsirullanın 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışında iştirak etməməsinin səbəbi bəlli olub.

Hafta.az xəbər verir ki, 17 yaşlı mərkəz müdafiəçisi topuğundan zədələndiyi üçün yığmanın düşərgəsindən kənarda qalıb. O, Bundesliqanın Gənclər Liqasında "Borussiya Münxenqladbax"la keçirilən matçda xəsarət alıb. Həkimlərin rəyinə əsasən, Zeyd 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda martın 24-də Bolqarıstan, 27-də Litva və 30-da Malta ilə qarşılaşacaq.

Seçilən
78
3
hafta.az

4Mənbələr