AZ

Çin yanacaq qiymətlərinə müvəqqəti nəzarət tədbirləri tətbiq etməyə başlayıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pekin, 23 mart, AZƏRTAC

Çinin iqtisadi planlaşdırıcı orqanı olan Dövlət İnkişaf və İslahat Komissiyası dünya bazarında neft qiymətlərinin artması fonunda benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinə müvəqqəti nəzarət tədbirləri tətbiq etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, martın 23-dən tətbiqinə başlanılan tədbirlər beynəlxalq neft qiymətlərinin qeyri-adi artımının təsirini azaltmaq, aşağı axın istifadəçilərinə düşən yükü yüngülləşdirmək, sabit iqtisadi fəaliyyət və sosial həyat tərzini təmin etmək üçün qəbul olub.

Komissiyanın açıqlamasına görə tədbirlər çərçivəsində benzin və dizel yanacağının qiymətləri müvafiq olaraq ton üçün 1160 yuan (təxminən 168 ABŞ dolları) və 1115 yuan artırılıb.

Qeyd edək ki, bu, Yaxın Şərqdə münaqişənin başlamasından sonra dünya bazarında enerjidaşıyıcılarının qiymətinin yüksəlməsi nəticəsində Çində yanacağın ikinci qiymət artımıdır. Martın 10-da qəbul olunan qərarla benzinin bir tonunun qiyməti 695 yuan (təxminən 100 ABŞ dolları), dizel yanacağının qiyməti isə 670 yuan artırılıb. Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır. Çin ABŞ-dən sonra dünyada ən böyük yanacaq istehlakçısıdır. Çində istehlak olunan neftin 70 faizi idxal neftidir ki, onun da 90 faizi dəniz yolu ilə tədarük edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

3Mənbələr