AZ

Aleksandr Sırski: Rusiya qoşunları cəbhə boyunca bir neçə istiqamətdə hücum əməliyyatlarını gücləndirib

Kiyev, 23 mart, AZƏRTAC

Rusiya qoşunları cəbhə boyunca bir neçə istiqamətdə hücum əməliyyatlarını gücləndirib. Son günlər Rusiya ordusu 619 hücum həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Aleksandr Sırski feysbukda məlumat verib.

"Bu həftənin dörd günü ərzində Rusiya ordusunun hücum əməliyyatları güclənib. Rusiya tərəfi bir neçə strateji istiqamətdə qoşunlarımızın müdafiə xətlərini yarmağa çalışıb. Bütün cəbhə xətti boyunca şiddətli döyüşlər baş verib”, - deyə Sırski qeyd edib.

Onun sözlərinə görə, Rusiya ordusu hücumlarını ən çox Pokrovsk və Aleksandrovsk istiqamətlərinə yönəldiblər. Xüsusilə, Ukrayna mövqelərinə Pokrovsk istiqamətində 163 dəfə, Aleksandrovsk istiqamətində isə 96 dəfə hücum edilib. Rusiya qoşunlarının 84 hücum əməliyyatı həyata keçirdiyi Konstantinovka yaşayış məntəqəsində, eləcə də 150-dən çox döyüş toqquşmasının baş verdiyi Oçeretin, Liman və Kupyansk sektorlarında vəziyyət gərgin olaraq qalıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
33
2
azertag.az

3Mənbələr