Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istilik elektrikstansiyalarında (İES) 3,708 milyard kVt-saat elektrik enerjisiistehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 265,3 milyon kVt-saat və ya 6,7% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə su elektrikstansiyalarında (SES) 276,8 milyon kVt-saat elektrik enerjisiistehsal edilib ki, bu da 2025-ci ilin ilk iki ayındakı göstəriciilə müqayisədə 131,1 milyon kVt-saat və yaxud 32,1% azalmademəkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilinyanvar-fevral aylarında 671,6 milyon manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib. Su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmişməhsulların həcmi 93,4 milyon manat təşkil edib.