AZ

“Qarabağ”ın çempionluq şansı azaldı” niyə?

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Mövsümün əvvəlindən etibarən “Sabah”la “Qarabağ” arasında gərgin çempionluq mübarizəsi gedir. “Kəpəz”lə oyunakı gözlənilməz məğlubiyyət Qurban Qurbanovun komandasının çempionluq şansını bir qədər də azaltdı.Etiraf etmək lazımdı ki, “bayquşlar” qızıl medala çox yaxındı. Bəs “Qarabağ”ın çempionluq şansı nə qədərdi? Hansı halda komanda bu mübarizədən üzüağ çıxa bilər? “Football-plus.az” Mahmud Qurbanovun bu haqda fikrini öyrənib: “Qarabağ”ın son oyunda “Kəpəz”ə məğlub olması çempionatın sonunda əngəl ola bilər. İtirilmiş xal komandanı çemionluqdan bir az da uzaqlaşdırdı. Düzdü, qarşıda 8 oyun qalıb. “Qarabağ” həm bütün oyunları udmalıdı, həm də “Sabah”ın xal itirməsini gözləməlidi. “Köhlən atlar”ın “Neftçi” ilə ehtiyatda olan oyunu da var. Onun da nəticəsini əvvəldən təxmin etmək çətindi. Hər halda, ağdamlıların çempionluq şansı azaldı. “Sabah” üçün yaxşı fürsətdi. Amma 8 turda çox hadisə baş verə bilər”.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
icma.az

2Mənbələr