AZ

Müəllim olan arvadını öldürən şəxslə bağlı qərar verildi

Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Publika.az xəbər verir ki, bu barədə Suraxanı rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.

Belə ki, V. Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə istintaq orqanın vəsatətinə məhkəmə baxıb.

Məhkəmənin qərarına əsasən, V. Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində (Hövsan-red) 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Seçilən
64
20
publika.az

10Mənbələr