AZ

Trampdan geri addım İrana qarşı enerji obyektlərinə hücumlar 5 gün təxirə salındı

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt ultimatumundan sonra yeni qərarını açıqlayıb.

O, İranın enerji infrastrukturuna yönəlmiş planlaşdırılan hərbi hücumların 5 gün müddətinə təxirə salınması barədə göstəriş verdiyini bildirib.

Tramp daha əvvəl verdiyi açıqlamada qeyd etmişdi ki, əgər İran 48 saat ərzində Hörmüz boğazı üzərindəki təhdidləri aradan qaldırmasa və boğazı tam açmasa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.

Bu bəyanatdan sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq edərək bildirmişdi ki, ölkənin enerji obyektlərinə hücum edilərsə, regionda ABŞ və İsrailə bağlı bazalara enerji verən ölkələrin infrastrukturunu hədəfə alacaqlar.

Son açıqlamasında Tramp qeyd edib ki, ABŞ və İran arasında son iki gün ərzində gərginliyin aradan qaldırılması istiqamətində “çox yaxşı və məhsuldar” danışıqlar aparılıb. Bu səbəbdən o, ABŞ Müdafiə Nazirliyi-nə İranın elektrik stansiyaları və enerji infrastrukturuna qarşı bütün hərbi əməliyyatları 5 gün müddətinə dayandırmaq tapşırığı verib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
50
azpolitika.info

10Mənbələr