AZ

Okan Burukdan İkardiyə daha bir zərbə

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi ilə baş məşqçi Okan Buruk arasındakı "soyuq buzlar" ərimək bilmir. Metbuat.az xəbər verir ki, bu mövsüm keçirilən 27 matçın böyük əksəriyyətini ehtiyat oyunçular skamiyasında keçirən 32 yaşlı hücumçunun müəllimi ilə ulduzu heç cür barışmır. İkardinin meneceri vasitəsi ilə özünə klub axtardığına dair məlumatlar var. Türkiyə mediasının yazdığına görə, "Qalatasaray"ın nigeriyalı qolçusu Viktor Osimen "Liverpul" matçında ağır zədələnsə də, bu, Okan Burukun İkardi ilə baglı qərarına təsir etməyib. Təcrübəli mütəxəssis Osimenin yaşıl meydanlardan kənarda qalacağı bir ay ərzində Mauro İkardini yenə ehtiyat oyunçular skamiyasında oturtmaqda israrlı görünür.

Yerli KİV Okan Burukun hücumçu mövqeyində yarimmudafiəçi Barış Alper Yilmazı oynatmaq niyyətində olduğunu yazıb. Bu qərar Türkiyənin futbol ictimaiyyəti arasında müzakirələrə səbəb olub. "Qalatasaray" azarkeşləri bu davranisı İkardiyə qarşı haqsızlıq olaraq qiymətləndiriblər.

Seçilən
73
28
metbuat.az

10Mənbələr