AZ

Netanyahu Trampın təklifi ilə razılaşmır

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu İranla yeni sövdələşmə imkanları barədə məlumatlandırıb.

Reyting.az xəbər verir ki, "The Times of Israel" qəzetinin yazdığına görə, bunu Benyamin Netanyahu bildirib.

Netanyahu deyib ki, İsrail hər hansı bir vəziyyətdə həyati maraqlarının müdafiəsini davam etdirəcək.

O, bu gün Donald Trampla telefonla danışdığını bildirib.

Onun sözlərinə görə, Tramp "İsrail və ABŞ ordularının əhəmiyyətli nailiyyətlərindən istifadə edərək müharibənin məqsədlərinə nail olmaq üçün bir razılaşma - həyati maraqlarımızı qoruyacaq bir razılaşmadan istifadə etmək şansı var",- deyib.

Netanyahu əlavə edib ki, İsrail İran və Livana zərbələr vurur.

"Biz raket və nüvə proqramlarını darmadağın edirik və Hizbullaha güclü zərbələr endirməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini öldürdük", - deyə o qeyd edib.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
reyting.az

1Mənbələr