AZ

Ev kamerası ilə milyonluq fırıldaq: qadın keçmiş ərinin 172 milyonunu necə ələ keçirdi...

Böyük Britaniyada baş verən sensasion hadisə kriptovalyuta təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.

Musavat.com xəbər verir ki, Pinq Fay Yuen adlı şəxs keçmiş həyat yoldaşını evdəki müşahidə kameralarından istifadə edərək onun bitkoinlərini oğurlamaqda ittiham edir.

İddiaya görə, Yuen 2 323 ədəd bitkoini (təxminən 172 milyon dollar dəyərində) “soyuq cüzdan” hesab olunan Trezor cihazında saxlayıb. Bu cür cüzdanlar yüksək təhlükəsizlik səviyyəsi ilə tanınsa da, əsas risk “seed phrase” adlanan 24 sözlük bərpa kodunun ələ keçirilməsidir.

Məhz bu nöqtədə hadisənin ən qalmaqallı detalı ortaya çıxır. İddia olunur ki, qadın evdə quraşdırılmış müşahidə kameraları vasitəsilə həmin gizli kodu qeydə alıb və daha sonra kriptovalyutanı öz nəzarətində olan ünvanlara köçürüb.

Hadisə ailədaxili gərginliyə də səbəb olub. Qızlarının atasına xəbərdarlıq etməsindən sonra Yuen evə gizli səs yazan qurğular yerləşdirib. Oğurluğu aşkarladıqdan sonra isə həyat yoldaşına hücum edib və sonradan orta ağır bədən xəsarəti yetirdiyini etiraf edib.

Polis axtarış zamanı qadının evindən bir neçə aparat kripto-cüzdan və bərpa kodları aşkarlasa da, cinayət işi əlavə sübutların toplanması üçün dayandırılıb.

Maraqlıdır ki, məhkəmə prosesində hüquqi mübahisə də yaranıb. Qadının vəkilləri iddia ediblər ki, İngiltərə hüququnda “əmlakın geri qaytarılması” yalnız fiziki obyektlərə şamil olunur və rəqəmsal aktivlər bu kateqoriyaya daxil deyil. Hakim bu arqumenti qismən qəbul etsə də, işin digər hüquqi əsaslarla davam etdirilməsinə icazə verib.

Hazırda iş Böyük Britaniyanın Ali Məhkəməsində baxılacaq və nəticəsi kriptovalyutaların hüquqi statusu baxımından presedent yarada bilər.

 

Musavat.com

Seçilən
78
50
musavat.com

10Mənbələr