AZ

Mingəçevirdə iki avtomobil toqquşub, 6 nəfər yaralanıb

BAKI, 24 mart. TELEQRAF

Mingəçevirdə baş verən yol qəzasında 6 nəfər yaralanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, biri “Opel” markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
64
teleqraf.com

1Mənbələr