AZ

Böyük Britaniyada yanacaq satışına məhdudiyyətlər tətbiq olunub

Bakı. Trend:

Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kəndtəsərrüfatı texnikası sahiblərinə yanacaq satışına məhdudiyyətlərtətbiq edilib.

Trend xəbər verirki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, İngiltərənin Esseks qraflığında və Şotlandiyanınbəzi bölgələrində topdansatış təchizatçıları fermerlərin əldə edəbiləcəyi qırmızı dizel yanacağının həcmini məhdudlaşdırıb.

Anglia Farmers şirkətinin sözçüsü Patrik Krehan bildirib ki,hazırda yanacaq paylanmasında məhdudiyyətlər müşahidə olunur vətopdansatış şirkətləri daha çox müştərinin tələbatını qarşılamaqüçün sifariş həcmlərini azaltmağa məcbur qalıblar.

Onun sözlərinə görə, əvvəl bir fermerə 10 min litr yanacaqçatdırıldığı halda, indi eyni həcm müxtəlif fermerlər arasındabölüşdürülərək hər birinə təxminən 2 min litr verilir.

Seçilən
73
az.trend.az

1Mənbələr