AZ

ABŞ-də benzin qiymətləri 2022-ci ildən bəri maksimuma yaxınlaşıb

BAKI, 24 mart. TELEQRAF

ABŞ-də benzin və dizel yanacağının qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalı məlumat yayıb. Bildirilir ki, qiymət artımına Hörmüz boğazında gəmiçiliyin pozulması və tədarük zəncirində yaranan problemlər səbəb olub.

Məlumata əsasən, ölkə üzrə benzinin orta qiyməti son bir həftədə litr üçün 6,4 sent artaraq 1,04 dollara çatıb və 2022-ci ildən bəri qeydə alınan maksimum səviyyə olan 1,06 dollara yaxınlaşıb.

Qeyd olunur ki, dizel yanacağı daha kəskin bahalaşıb və onun qiyməti litr üçün 1,38 dollara yüksəlib ki, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

"GasBuddy"nin neft bazarı üzrə analitik rəhbəri Patrik De Haan bildirib ki, mövsümi amillər və davam edən tədarük problemləri qiymətlərin artımını sürətləndirib.

Portal qeyd edir ki, bazarda hələlik sabitləşmə əlamətləri müşahidə olunmur. Dünya neft qiymətləri artmaqda davam edir və ilkin göstəricilər istehlakçıların bahalaşmaya cavab olaraq xərclərini azaltmağa başlaya biləcəyini göstərir.

Seçilən
48
teleqraf.com

1Mənbələr