AZ

Yaponiya birgə neft ehtiyatlarını bazara çıxarmağa başlayır

Yaponiya bu ay ərazisində yerləşən hasilatçı ölkələrlə birgə saxlanılan neft ehtiyatlarının satışına başlamağı planlaşdırır.

Day.Az-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi açıqlama verib.

Onun sözlərinə görə, istehsalçı ölkələrlə birgə ehtiyatların buraxılışı mart ayı ərzində həyata keçiriləcək. Takaiçi qeyd edib ki, hökumət Yaxın Şərqdəki böhranın iqtisadi təsirlərini azaltmaq üçün bütün mümkün addımları atacaq.

 

Məlumata əsasən, bu sistem Səudiyyə Ərəbistanı və BƏƏ kimi neft istehsalçılarının Yaponiyada neft ehtiyatları saxlamasını nəzərdə tutur və fövqəladə hallarda Yapon şirkətlərinə bu ehtiyatlara prioritet çıxış imkanı yaradır.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində yaranan tədarük problemləri fonunda Yaponiya artıq martın 16-dan etibarən strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmağa başlayıb.

Seçilən
6
1
day.az

2Mənbələr