AZ

Aqrar sığorta zərfinə yeni bitkilər əlavə ediləcək

Bakı. Trend:

Aqrar Sığorta Fondu ilk fəaliyyətə başlayanda 14 bitki növünüsığorta edirdi, indi (2026-cı ildə) 41 növ bitki sığortalayır vəhazırda yeni layihə üzərində işlər aparılır.

Bunu Trend-əaçıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviriRəvan Səmədli deyib.

“Layihəyə əsasən sığortalanan bitki növlərinin sayını 59-aqaldırmağı planlaşdırırıq. Bu planlar fermerlərin Fonda olanmüraciətlərinə əsaslanır. Daha 18 bitkinin sığorta zərfinəsalınması gözlənilir, buraya həm tərəvəzçilik, həm meyvəçilikistiqamətindəki bitkilər aiddir. Nümunə olaraq xiyar, badımcan,bibər, həmçinin püstə, innab, feyxoa kimi bitkiləri qeyd edəbilərəm”, - o bildirib.

Sədr müşaviri qeyd edib ki, gələcəkdə quraqlıq riski dəsığortalana bilər: “Quraqlıq böyük bir riskdir, onun təminatagötürülməsi ciddi araşdırma tələb edir. Misal üçün, TürkiyəninTARSİM modeli 2006-cı ildə fəaliyyətə başlayıb, quraqlıq riski isəyalnız 2019-cu ildə — 13 il sonra təminata alınıb. Biz isə 6-cıildir fəaliyyətə başlamışıq və artıq quraqlıq riskini təminataalmağa çalışırıq. Əsas məqsədimiz fermerlərin yanında olmaq,onların gəlirlərini qorumaqdır”.

R. Səmədli əlavə edib ki, Aqrar Sığorta Fondu tərəfindən 2020-ciildən, yəni fəaliyyətə başladığı müddətdən indiyədək zərər çəkmişfermer və təsərrüfatlara təkcə bitkiçilik sahəsində 22 milyonmanatdan çox ödəniş edilib. O qeyd edib ki, təkcə 2025-ci ildəzərərlə üzləşən fermerlərə 8.8 milyon manat ödəniş aparılıb.

Məqalədə:
Seçilən
37
2
az.trend.az

3Mənbələr