AZ

Qəbələdə avtomobilin vurduğu piyada ölüb

Qəbələ, 24 mart, AZƏRTAC

Qəbələ şəhəri ərazisində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilir ki, martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Samaya Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Müxbir - Rasim İslamoğlu

Seçilən
46
2
azertag.az

3Mənbələr