AZ

“Aİ-92” markalı benzin ucuzlaşacaq?

““Aİ-92” markalı benzinin ucuzlaşma ehtimalı sıfıra yaxındır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Neft bahalaşırsa, benzin necə ucuzlaşa bilər? “Aİ-95”in qiyməti təbii inhisarçı olan SOCAR tərəfindən tənzimlənir, dövlət tərəfindən tənzimlənmir, yəni bu markalı benzin Tarif Şurasına aid deyil. SOCAR isə istədiyi qiyməti istədiyi vaxt qoya bilir. “Aİ-92” markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimlənir. Tarif Şurası istənilən an bu benzinin qiymətini artıra da bilər, azalda da. İndiki dövrdə düşünmürəm ki, qiymətin ucuzlaşması ilə bağlı qərar versinlər, çünki benzinin qiymətini bu yaxınlarda artırıblar. Ucuzlaşma bir kənara qalsın, heç olmasa bahalaşdırmazdılar, amma bahalaşdırdılar. Dizel yanacağı 10 qəpik, “Aİ-95” isə 5 qəpik bahalaşdı. Buna görə də “Aİ-92” markalı benzinin ucuzlaşacağı ehtimalı sıfıra yaxındır”, – o bildirib.

Seçilən
11
6
konkret.az

7Mənbələr