AZ

Tanrım, yaxşılara tən gətir məni... Günün şeiri

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün tanınmış ictimai-siyasi xadim, jurnalist Qənirə Paşayevanın doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Yoruldum" şeirini təqdim edir.

Yoruldum deməyi sevməyən dilim,

Yoruldu susmaqdan qəlb ağlayanda.

Sən demə insanın ruhu susarmış,

Ruhunda dərd, kədər, qəm çağlayanda.

Yoruldum deməyi sevməyən gözüm,

Haqsızlıq görməkdən yaman yoruldu.

Çiskinə bələndi gözümün ağı,

Çökdü qarasına duman, yoruldu.

Duymaqdan mutluluq duyardım, Allah,

Duymaq istəmirəm yalan, şər, böhtan,

Tanrım, yaxşılara tən gətir məni,

Dinləyim, dinləyim, danışsın vicdan.

Yoruldum deməyi sevməyən əlim,

İndi bir əl gəzir, tutsun əlimdən.

Sanki buz bağlayıb, elə üşüyür,

İstilik almayır öz nəfəsimdən.

Yoruldum deməyi sevməyən könül,

Artıq anlayır ki, bu dünya nədir.

Hərlənir, fırlanır, dönür başıma,

Dünyanın özü də bir pərvanədir!

Yoruldum deməyi sevməyən məni,

Həyat elə yordu, yorğun yolçuyam.

Nə yaxşı içimdə heç yorulmayan,

İnsanlıq adında İNSANLIQ qalıb!

06.10.2021

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verildi

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
kulis.az

2Mənbələr