AZ

Rusiya Ukraynanın bir sıra bölgələrinə hava zərbələri endirib

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbəsi endirib.

Kiyevdə gecə saatlarında partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Hava hücumu zamanı dron, ballistik və qanadlı raketlərdən istifadə edilib. Zaporojyeyə 6 dron və 5 raketlə zərbə endirilib. Nəticədə 20 çoxmərtəbəli bina, fərdi ev və yanacaqdoldurma məntəqəsi zədələnib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Poltavaya endirilən hava zərbələri nəticəsində hotel və evlər zədələnib. Böyük yanğınlar, qatar gecikmələri var. 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Xarkov vilayətində dron şəhərətrafı qatar vaqonuna dəyib, 61 yaşlı sərnişin ölüb.

Xersonda şəhər mərkəzi atəşə tutulub, fərdi evlər və qaraj dağılıb. Dağıntılar altında qalan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Sumı və İvano-Frankovsk vilayətlərində də partlayış səsləri eşidilib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
11
azpost.info

10Mənbələr