AZ

Səfəvilər dövrünə aid Quran əlyazması Daşkənddə sərgilənir FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Daşkənddə tikintisi 8 il davam edən İslam Sivilizasiyası Mərkəzinin açılışı baş tutub. Avtosfer.az xəbər verir ki, mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, yerli elm və din adamları iştirak ediblər.

10 hektar ərazidə qurulmuş kompleksin Ginnesin Rekordlar Kitabına salınması üçün müraciət olunub.

Kompleksdə kitabxana, ekspozisiya və konfrans zalları mövcuddur. Ən əsası isə burada yüzdən çox nadir Quran nüsxəsi saxlanılır.

Bunlardan biri də XVII əsrdə Səfəvilər dövründə tərtib olunmuş əlyazmadır.

Özbək mətbuatı yazır ki, bu nüsxənin tərtibatındakı nəfislik Səfəvilər vaxtında kalliqrafiya sənətinin zirvədə olduğunu göstərir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
avtosfer.az

1Mənbələr