AZ

SEPAH Livan və Qəzzadakı İsrail qoşunlarına raket zərbələri endirməklə hədələyib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusunun Cənubi Livanda və Qəzza zolağında döyüş əməliyyatlarını davam etdirməsi halında İsrail qoşunlarına zərbələr endirməklə hədələyib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Qeyd olunub ki, SEPAH İsrailin göstərilən bölgələrdəki fəaliyyətini davam etdirəcəyi halda İsrail ordusunun Qəzzada və Livandakı qoşunlarına raketlər və pilotsuz uçuş aparatları ilə zərbə endirməklə hədələyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr