AZ

Livan İran səfirini arzuolunmaz şəxs elan etdi

Livan hakimiyyəti İran səfirinin akkreditasiyasını ləğv edib və onu arzuolunmaz şəxs elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumatda qeyd olunur ki, Livan Xarici İşlər Nazirliyi İranın Beyrutdakı müvəqqəti işlər vəkili Toufik Səmadi Xoşxunu çağırıb.

"O, Xarici İşlər Nazirliyinin baş katibi, səfir Əbdül Səttar İsa tərəfindən qəbul edilib və Livan hökumətinin təyin olunmuş İran səfiri Məhəmməd Rza Şibaninin akkreditasiyasına verdiyi razılığı ləğv etmək və onu arzuolunmaz şəxs elan etmək qərarı barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.

Hakimiyyət orqanlarının tələbi ilə o, 29 mart tarixindən gec olmayaraq Livan ərazisini tərk etməlidir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr