AZ

Şəmkirdə eyni vaxtda baş verən iki ayrı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəmkirdə baş verən iki ayrı yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Şəmkir Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.Bildirilib ki, Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər (kişi) xəsarət alaraq Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün onlar ambulator müalicə üçün evə buraxılıblar.Həmçinin qeyd olunub ki, Şəmkir-Gədəbəy yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsində 1994-cü il təvəllüdlü bir nəfər (kişi) Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sol diz arteriyasının zədələnməsi, hər iki topuğun yerini dəyişən sınığı, beyinin qapalı travması diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətlərinə uyğun olaraq Gəncə Beynəlxalq Xəstəxanasına göndəriş verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr