AZ

100-ə qədər neft quyusunun qazılması planlaşdırılır

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “TPAO” dövlət neft şirkəti Diyarbəkir əyalətinin cənub-şərqində 100-ə qədər yeni neft quyusu qazmaqla neft hasilatını genişləndirməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə “TPAO”nun regional istehsal meneceri Mehmet Tahir Ergin jurnalistlərə bildirib. O xatırladıb ki, Anadolunun bu hissəsində “qara qızıl” hasilatı 1961-ci ildən bəri davam edir, ilk barellər isə Kurkan-2 yatağından əldə edilib.

Onun sözlərinə görə, Türkiyənin bu əyalətində hazırda gündə təxminən 15 min barel neft istehsal edilir ki, bu da Türkiyənin enerji təhlükəsizliyinin artmasına töhfə verir:

“Diyarbəkirdə tezliklə təxminən 100 yeni quyu qazılacaq, gündəlik hasilat isə tezliklə 20 min barelə yaxınlaşacaq. Qazılan hər bir quyu regional iqtisadiyyatın inkişafına birbaşa töhfə verir, məşğulluğu artırır və Türkiyənin cənub-şərqində ticarət fəaliyyətini stimullaşdırır”.

Türkiyə mediası Hörmüz boğazındakı böhran fonunda yerli yataqlardan neft və qaz hasilatını artırmaq üçün aktiv səyləri “strateji cəhətdən əhəmiyyətli” adlandırıb.

Seçilən
6
3
hafta.az

4Mənbələr