AZ

Rumıniya Azərbaycandan neft alışını cüzi azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Rumıniyaya 286 min 280,92 ton xam neft ixrac edib.

SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 140 milyon 706,79 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 0,09 %, dəyəri isə 14,2 % azdır.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 7,95 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Seçilən
18
9
sia.az

10Mənbələr