AZ

“Qənaətlə varlanmaq olmaz” Ekspert

ain.az, Azvision saytına istinadən bildirir.

Bu fikir ekspert Eldəniz Əmirova məxsusdur. Onun sözlərinə görə, eyni məntiq həm insan, həm də dövlət səviyyəsində keçərlidir. Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilər. Əsas məsələ yeni imkanlar yaratmaq, dəyəri artırmaq və bunu davamlı gəlirə çevirməkdir. “Bir insan dostları ilə oturanda kiçik bir hesabı ödəməkdən yayınaraq qənaət etdiyini düşünürsə, əslində daha böyük imkanları itirir. Çünki pul təkcə xərclənmir, həm də etimada, əlaqəyə və gələcək fürsətlərə çevrilir. Məsələn, hər ay 200-300 manat qənaət edib, pul yığan adam 5 ilə vur-tut 30 min toplaya bilər. İnflyasiyanı da nəzərə alsaq, bu pulla varlı olmaq olmaz. Amma həmin vəsaiti hər ay doğru yönəldərsə 5 ildə daha böyük nəticələr əldə edə bilər. Əlqərəz, sadə məntiq budur. Dəyər yaradırsan, gəlir əldə edirsən, onu yenidən istifadə edib daha böyük dəyərə çevirirsən. Qənaət sabitlik yaradır, amma varlanmaq üçün əsas olan qazanmaq və pulu işlətməkdir”,- ekspert vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
azvision.az

1Mənbələr