AZ

Filippində enerji sahəsində fövqəladə vəziyyət elan olunub

Qahirə, 24 mart, AZƏRTAC

Filippin Prezidenti Ferdinand Markos Yaxın Şərqdə davam edən münaqişənin yanacaq tədarükü və enerji sabitliyi üçün yaratdığı riskləri əsas gətirərək ölkədə enerji sahəsində milli fövqəladə vəziyyət elan edib.

AZƏRTAC xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, dövlət başçısı martın 24-də bu barədə sərəncam imzalayıb.

Qərar Yaxın Şərqdəki münaqişənin ölkədə enerji təchizatı üçün yaratdığı təhlükə fonunda qəbul olunub.

Filippinin energetika naziri Şeron Qarinin daha əvvəl keçirilən mətbuat konfransında verdiyi məlumata əsasən, mövcud istehlak səviyyəsi nəzərə alınmaqla ölkənin təxminən 45 günlük yanacaq ehtiyatı var.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
35
2
azertag.az

3Mənbələr