AZ

Ulduz futbolçu ilə bağlı qalmaqal: Oyun zamanı telefonla…

“Korintians” və “Flamenqo” (1:1) komandaları arasında keçirilən matçda Memfis Depay ilə bağlı qeyri-adi bir epizod baş verib.

Publika.az xəbər verir ki, hücumçu ehtiyat oyunçular skamyasında əlində telefonla görünüb və bu, məşqçilər heyətinin diqqətini dərhal cəlb edib. Köməkçilərdən biri oyunçuya yaxınlaşaraq cihazı kənara qoymasını istəyib.

Bu epizod tez bir zamanda sosial mediada yayılıb və azarkeşlər arasında müzakirə dalğasına səbəb olub. Depay daha sonra açıqlamasında vəziyyəti izah edib.

O, telefondan əyləncə üçün deyil, Niderlanddakı tibb işçiləri ilə əlaqə saxlamaq üçün istifadə etdiyini bildirib.

Seçilən
26
1
publika.az

10Mənbələr