AZ

Almaniya Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir

Bakı. Trend:

Almaniya müttəfiqlərini dəstəkləmək məqsədilə Şimali Atlantikadahərbi-dəniz qüvvələrini gücləndirir.

Trend xəbər verir ki, bubarədə Almaniyanın müdafiə naziri Boris Pistorius Sinqapura səfərizamanı açıqlamasında deyib.

O bildirib ki, Böyük Britaniyanın “HMS Dragon” esminesini Aralıqdənizinə göndərməsi ilə əlaqədar Almaniyanın “Sachsen” freqatıNATO-nun daimi dəniz qrupunun flaqman gəmisi kimi fəaliyyətgöstərəcək.

B.Pistorius bu məsələnin britaniyalı həmkarı ilə müzakirəolunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Böyük Britaniya “HMS Dragon” gəmisini İsrail vəABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Aralıq dənizininşərq hissəsinə yerləşdirib. Kiprdə yerləşən Britaniya hərbibazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra NATO ölkələri -Böyük Britaniya və Fransa regiondakı hərbi mövcudluqlarınıartırıblar.

Seçilən
42
4
az.trend.az

6Mənbələr