AZ

Dmitriyev: Britaniyanın Hörmüz boğazında iştirakı nefti 200 dollara qaldıra bilər

BAKI, 25 mart. TELEQRAF

Rusiyanın Xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev Britaniyanın Hörmüz boğazının açılması prosesinə mümkün qoşulmasının neft qiymətlərini kəskin artıra biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri Kir Starmerin fəaliyyəti “uğursuzluqlarla yadda qaldığı üçün” nəticədə neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Məlumata görə, daha əvvəl “Politico” nəşri Britaniya rəsmisinə istinadən yazıb ki, Hörmüz boğazının bağlanması ilə bağlı təhlükəsizlik konfransı yaxın vaxtlarda keçirilə bilər və tədbirin Böyük Britaniyada təşkili nəzərdən keçirilir.

Bildirilir ki, London bu istiqamətdə koalisiyanın yaradılmasına və Hörmüz boğazı vasitəsilə təhlükəsiz dəniz nəqliyyatının təmin olunmasına töhfə vermək niyyətindədir.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən əsas strateji su yoludur.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr