AZ

Onların liderləri yoxa çıxıb,nüvə silahına isə sahib ola bilməzlər - ABŞ prezidenti

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlar apardığını və İran tərəfinin razılığa gəlməkdə son dərəcə maraqlı olduğunu açıqlayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Onların liderləri yoxa çıxıb. Heç kim kiminlə danışacağını bilmir. Amma biz əslində düzgün insanlarla danışırıq və onlar razılaşmanı o qədər çox istəyirlər ki, bunu nə qədər çox istəyirlər, təsəvvür belə edə bilməzsiniz. Nə olacağını görəcəyik", - Tramp əlavə edib.

ABŞ prezidenti hesab edir ki, İran danışıqlarda ağlabatan mövqe tutur, lakin nüvə silahları Tehran üçün qəbuledilməz olaraq qalır.

"Onlar bizimlə danışır və ağlabatan şeylər deyirlər. Unutmayın ki, onlar nüvə silahına sahib ola bilməzlər", - o əlavə edib.

Seçilən
54
aznews.az

1Mənbələr