AZ

"Sumqayıt"lılar “Lions Cup: Dordoi Trophy 2”də iştirak edəcək

"Sumqayıt” FK-nın U-11 komandası 25-29 mart tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçiriləcək “Lions Cup: Dordoi Trophy 2” beynəlxalq turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından turnirin keçiriləcəyi şəhərə yola düşüb.

“A” qrupunda yer alacaq 11 yaşlıların rəqibləri Qırğızıstanın “Dordoi 2”, “Dostuk” Futbol Akademiyası, “United Pro” və “Neftçi” klubları olacaq.

Seçilən
24
sportinfo.az

1Mənbələr