İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı məşhurlarla bağlı narkotik istintaqı çərçivəsində diqqətçəkən hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, iş adamı və "Beşiktaş" klubunun sabiq prezidenti Fikrət Orman saxlanılıb. 

Bundan əlavə, "Qalatasaray"ın keçmiş prezidenti Burak Elmas barəsində də saxlanılma qərarı verilib.

İstintaq çərçivəsində ümumilikdə 6 nəfər haqqında saxlanılma qərarı çıxarılıb. Onlar arasında iş adamları Hakan Sabancı, Kerim Sabancı, aktrisa Hande Erçel, model Didem Soydan və aparıcı Güzide Duran da yer alır.

Bildirilib ki, istintaq "narkotik maddələrin istehsalı və satışı", "istifadəsini asanlaşdırmaq üçün şərait yaradılması", "istifadə məqsədilə narkotik maddələrin alınması və saxlanılması", eləcə də "fahişəliyə təşviq və vasitəçilik" maddələri üzrə davam etdirilir.

İstanbul Şəhər Polis İdarəsinin Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları əməliyyat tədbirlərini davam etdirir, digər şəxslərin saxlanılması istiqamətində işlər görülür.