AZ

Balıq ovuna gedən dostlar qəzaya düşdülər - YENİLƏNİB - FOTO

Salyanda qəzaya düşən şəxslər dost olublar.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar balıq ovu üçün yola çıxıblarmış.

Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmət göstərilib.

Qeyd edilib ki, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

------------

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
5
musavat.com

6Mənbələr