AZ

Qaranlıq gecədən soruş... Günün şeiri

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycan əsilli yazıçı, ədəbi tənqidçi, siyasi mühacir və şair Rza Bərahəninin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Əlvida" şeirini Əli Çağlanın tərcüməsində təqdim edir.

Mən günəşin işığını, səni və sevgini

atların belinə mindirirəm,

çevik və çapar atların belinə.

Ürəyimin duası, mən və qan

günəşin işığı, işıq yoludur.

Onun ürəyinin duası və onun qanı

sənin işıq yolun, sevginin işıq yoludur.

Mən oturmuşam, ətrafım, içim, qanım gecədir.

Məndən soruşma! Qaranlıq gecədən soruş,

zəmanə qadınının mərmər əllərini

dünyanın ən uca ağacının altında

qazdı məzarı və avand millətin allahını

məzarın içində basdırdı

Günəş işıqlarının ürəyindəki dualar

sevginin işıq yoludur.

Və mən oturmuşam, ətrafım, içim və qanım gecədir.

“Mənim heç kimim qalmadı...” - Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

Portret - Sergey Mixalkovun təmsili

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
kulis.az

2Mənbələr