AZ

Zərdabda maşın kanala aşıb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Zərdabda yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüblər, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov isə xəsarət alıblar.

***

09.56

Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

İlkin məlumata görə, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Fakt araşdırılır.

Seçilən
22
8
apa.az

9Mənbələr