AZ

Tərtərdə DƏHŞƏTLİ QƏZA: QARDAŞLAR ÖLDÜLƏR, yaralılar va

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Müzəffər oğlu Ağayev və 1971-ci il təvəllüdlü Yunus Müzəffər oğlu Ağayev ölüblər. 1991-ci il təvəllüdlü Sənan Nəsrəddin oğlu Ağayev və Könül Tərlan qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

Seçilən
19
20
far.az

10Mənbələr