AZ

Azərbaycanın gübrə ixracından gəliri məlum olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 22,048 milyon ABŞ dolları dəyərində 70,2 min ton gübrə ixrac edilib.

Olaylar.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,1 milyon ABŞ dolları və ya 39%, həcm baxımından isə 53,2 min ton və yaxud 43,1% azdır.

Gübrə ixracı ölkənin bu ilin ilk iki ayının ümumi məhsul ixracında 0,60% paya malik olub.

Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 19,6 milyon ABŞ dolları dəyərində 29 min ton gübrə idxal edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 5,5 min ton və ya 23,4% çoxdur.

Hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,75%-ni təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
2
olaylar.az

3Mənbələr