AZ

Tərtərdə yol qəzasında iki qardaş öldü

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

xxx

25.03.2026-cı il tarixində saat 05:50 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədəTərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Seçilən
23
15
aznews.az

10Mənbələr