AZ

Alparslan Bayraktar: Akkuyu AES-in işə salınması üçün bütün hazırlıqlar tamamlanır

BAKI, 25 mart. TELEQRAF

2026-cı ildə Akkuyu atom elektrik stansiyasının (AES) ilk enerji blokunun işə salınması və elektrik enerjisi istehsalına başlanılması üçün bütün səylər səfərbər edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Anadolu Agentliyi-nə müsahibəsində qeyd edib.

O bildirib ki, əsas məqsəd bu il stansiyada ilk elektrik enerjisinin istehsalına nail olmaqdır.

“Bir neçə həftə əvvəl “Akkuyu” sahəsində oldum. Tikinti işlərinin tamamlanma səviyyəsi 95%-dən çoxdur və demək olar ki, 99%-ə çatıb.

Nazir əlavə edib ki, reaktorun oktyabrın sonunadək işə salınıb-salınmayacağı sual altında olsa da, ilin sonuna qədər işə düşməsi gözlənilir.

Bununla yanaşı, Alparslan Bayraktar layihənin icrası zamanı tərəflərdən asılı olmayan bir sıra hadisələrin tikinti prosesinə təsir etdiyini xatırladıb. Onun sözlərinə görə, 2020-ci ildə baş verən COVID-19 pandemiyası bütün iqtisadiyyatlara təsir edərək qiymətlərin artmasına səbəb olub.

Nazir həmçinin 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin Rusiyaya və müəyyən mənada layihəyə təsir göstərdiyini, eləcə də 2023-cü ildə Türkiyədə baş verən zəlzələləri nəticəsində ölkənin tikinti resurslarının bərpa işlərinə yönəldildiyini qeyd edib.

Bundan əlavə, Bayraktar bir sıra birbaşa və dolayı embarqolarla üzləşdiklərini vurğulayıb. Onun sözlərinə görə, Almaniyadan olan təchizatçı ödəniş aldığı avadanlığı göndərməyib və nəticədə Rusiya onu Çin istehsalı ilə əvəz etməyə məcbur qalıb, yeni təchizatçı axtarılıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr