Bakı, 25 mart, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində martın 25-i axşam və 27-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə AZƏRTAC-a Xidmətdən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var.