AZ

Fransada 770 minə yaxın tələbənin şəxsi məlumatları sızdırılıb

Fransada məktəb və universitet xidmətlərini təmin edən Milli Tələbə Xidmətləri Mərkəzinə (Cnous) qarşı həyata keçirilən kiberhücum nəticəsində təxminən 770 min tələbənin şəxsi məlumatları ələ keçirilib.

Milli mətbuatın məlumatına görə, hadisə ilə bağlı araşdırma başlanıb.

Rəsmi açıqlamada hücumun mənbəyi barədə məlumat verilməsə də, oxşar halların təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Fransa Təhsil Nazirliyinə bağlı 243 min əməkdaşın şəxsi məlumatlarının sızması ilə bağlı da təhlükəsizlik problemi qeydə alınmışdı.

Seçilən
27
aznews.az

1Mənbələr