AZ

Hamilə qadınlar evdən işləsin, maaşları da artırılsın Deputatdan təklif

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada hamilə və yeni övladı olmuş qadınların məsafədən iş rejiminə keçməsi ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb. Millət vəkili Mixail Vetrov tərəfindən Əmək Nazirliyinə ünvanlanan müraciətdə bu hüququn rəsmi şəkildə təsbit edilməsi istənilib. Müəllif qeyd edir ki, bir çox qadın ana olmağa qərar verərkən karyerasını itirmək və ya gəlirlərinin azalması qorxusu ilə üzləşir.Təklifə əsasən, distant iş formatı qadınlara həm peşəkar vərdişlərini qorumağa, həm də emosional gərginliyi azaltmağa kömək edəcək. Deputat hesab edir ki, bu addım ölkədə doğum səviyyəsinin artırılması istiqamətində mühüm dəstək tədbiri ola bilər. İş mühitindən və kollektivdən uzaqlaşmamaq gənc anaların cəmiyyətə inteqrasiyasını da asanlaşdıracaq.Sənəddə həmçinin ailələrə verilən birdəfəlik ödənişlərin məbləğinin artırılması məsələsi də yer alıb. Hazırda bu rəqəmin beş dəfə artırılaraq 50 min rubla çatdırılması təklif olunur. Bu vəsaitin körpələr və daha böyük yaşlı uşaqlar üçün zəruri ləvazimatların alınmasına kifayət edəcəyi bildirilir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr