AZ

Atası evinə qonaq gələn qadını yolda maşın vurdu

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Lənkəranda nəqliyyat vasitəsi piyadanı vurub.

APA-nın verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib. 1989-cu il təvəllüdlü Fariz Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, piyada Astara rayonunun Təxtənəkəran kənd sakini 1984-cü il təvəllüdlü Leyla Kərimağa qızı İbrahimovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan L.İbrahimova Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, 42 yaşlı qadın Astaradan Lənkərana atasının evinə qonaq gəlirmiş. O, marşrutdan düşüb yolu keçmək istəyərkən qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
5
azpost.info

10Mənbələr