AZ

U-21: Azərbaycan – Portuqaliya matçının hakimləri bəlli oldu – ARENA.AZ

21 yaşadək futbolçulardan (U-21) ibarət Azərbaycan və Portuqaliya yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Avropa çempionatının (AÇ-2027) seçmə mərhələsi çərçivəsində Bakıda üz-üzə gələcəklər.

B qrupunda yer almış komandalar 8-ci tur çərçivəsində qarşılaşacaqlar. Azərbaycan – Portuqaliya oyununun baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq. Ona həmyerliləri Andreas Fotopulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikoyannis yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan – Portuqaliya oyunu martın 27-də “Neftçi Arena”da baş tutacaq. Qarşılaşmaya saat 15:00-da start veriləcək.

B qrupuna hazırda 13 xala malik Portuqaliya yığması liderlik edir. Azərbaycanın U-21 millisi 5 xalla 6 komanda arasında 5-cidir. Keçirdiyi 6 oyunun hamısında uduzmuş Cəbəllüttariq yığması 0 xalla sonuncudur. Çexiya və Şotlandiya yığmalarının 10, Bolqarıstan milli komandasının 7 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
66
7
arena.az

10Mənbələr